I divizionun V turunda nələr baş verdi?

I divizionun V turunda nələr baş verdi?

I divizionun V turunun oyunlarına yekun vurulub. Fanat.az xəbər verir ki, tur iddialılardan "Qaradağ"ın xal itkisi ilə yekunlaşıb.

İlk 4 turda qələbə qazanan Lökbatan klubu "Şahdağ"la ev oyununda xal itirib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.

"Araz" bu şansdan maksimum yararlanıb. Naxçıvan təmsilçisi evdə "Karvan"ı 3:1 hesabı ilə yenərək liderlə xal hesabını bərabərləşdirib - 13 xal.

"Qaradağ"ın xal itkisi "Neftçala"nın da işinə yarayıb. Bölgə təmsilçisi "Bakılı"nı 2:0 hesabı ilə yenərək 12 xalla üçüncü pillədəki mövqeyini möhkəmləndirib.

"Turan-T" evdə "Lokomotiv"i darmadağın edib - 6:2. "Şuşa" "Energetik"i, "Mil-Muğan" "Göyəzən"i 2:0 hesabı ilə yenib. "Şəmkir" "Kəpəz" və "Ağsu" - MOİK oyunları 1:1 hesabı ilə başa çatıb.

I divizion

2013/14 mövsümü

V tur

11 oktyabr

Şəmkir - Kəpəz 1:1

Qollar: Seyhun Əliyev, 55 - Şahin Kərimov, 43.

Energetik - Şuşa 0:2

Qollar: İsrafil Qarayev, 54; 90+2.

12 oktyabr

Turan-T - Lokomotiv 6:2

Qollar: Elsevər Əliyev, 21. Fərmayıl Əliyev, 31; 36; 45. Eltay Tağıyev, 77. Rəşad Piriyev, 90+2 - Nicat Əsgərov, 45+1. Haqverdi Yusifov, 55.

Qaradağ - Şahdağ 0:0

Neftçala - Bakılı 2:0

Qollar: Vaqif Güləliyev, 17. Aslan Hüseynov, 84.

Araz - Karvan 3:1

Qollar: David Canalidze, 70; 76. Akif Tağıyev, 83 - Əli Bağırov, 32.

13 oktyabr

Ağsu - MOİK 1:1

Qollar: Malik Babayev, 39 - Turan Tahirzadə, 66.

Mil-Muğan - Göyəzən 2:0

Qollar: Elşən Hacıyev, 67; 85.

Bombardirlər: Vaqif Güləliyev (Neftçala), İsrafil Qarayev (Şuşa), Novruz Ələkbərov (Qaradağ), David Canalidze (Araz) - 4.

1

Qaradağ

5

4

1

0

11-0

13

2

Araz

5

4

1

0

12-3

13

3

Neftçala

5

4

0

1

15-3

12

4

Turan-T

5

3

1

1

13-5

10

5

Şuşa

5

3

1

1

7-1

10

6

Ağsu

5

3

1

1

6-7

10

7

MOİK

5

2

3

0

6-4

9

8

Lokomotiv

5

2

0

3

6-11

6

9

Şahdağ

5

1

2

2

7-4

5

10

Kəpəz

5

1

2

2

6-7

5

11

Şəmkir

5

1

2

2

5-6

5

12

Mil-Muğan

5

1

2

2

4-6

5

13

Bakılı

5

1

1

3

5-9

4

14

Karvan

5

1

0

4

3-14

3

15

Energetik

5

0

1

4

0-12

1

16

Göyəzən

5

0

0

5

0-14

0

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər