“Oyun maraqlı alındı.Azlıqda qalsaq da, rəqibdən yaxşı təsir bağışladıq”. Fanat.az xəbər verir ki, bu sözləri bu gün Naxçıvanda “Neftçi”ni 2:1 hesabıyla üstələyib Superkuboka sahib çıxan “Xəzər Lənkəran”ın futbolçusu Zohair Benuahi deyib.
Ərəb yarımmüdafiəçi referi Rəhim Həsənovun ilk yarıda “Neftçi”nin qapısına penalti təyin edib sonradan qərarını dəyişməsinə də münasibət bildirib:
“Superkuboku qazandığımıza görə şadam. Bunu azlıqda bacarmaq ikiqat sevincdi. Hakimə gəlincə, indiyədək qərarını belə dəyişən hakim görməmişdim. İlk dəfə idi ki, iştirak etdiyim görüşdə verilən penalti ləğv olunurdu”.
Fanat.az