Hamamda mətbuat konfransı - Ölmədik, bunu da gördük

Hamamda mətbuat konfransı - Ölmədik, bunu da gördük

Foto ölkə kubokunun“Şuşa” - “Şahdağ” matçından sonra çəkilib. Fanat.az xəbər verir ki, aşağı liqa komandalarının çalışdırıcıları Nadir Qasımov və Kamran Əlibabayev “Futbol+” qəzetinin əməkdaşının suallarını cavablandırmağa yer tapmadığından uzun müddət boş otaq axtarıblar. 

Son nəticədə “Şəfa” stadionunun 4-cü meydançasında baş tutan görüşün mətbuat konfransı hamamda keçirilib. Fotonu "Futbol+"in əməkdaşı Səbuhi Nərimanoğlu "facebook"da paylaşmaqla, acı və gülünc reallığı üzə çıxarıb.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər