Polşanın Visla şəhərində təlim-məşq toplanışında olan hakimlərimiz hazırlıq prosesi çərçivəsində bu gün 5 oyun idarə edəcəklər. Anar Salmanov, Yaşar Abbasov və Namiq Hüseynov Poloniya - GKS Tychy qarşılaşmasında, Orxan Məmmədov, Rahil Ramazanov və Knyaz Əmiraslanov Zaqlebiye - Gugnik oyununda meydana çıxacaqlar. Aşağıda qeyd olunmuş digər 3 briqadanın konkret hansı oyunları idarə edəcəyi isə stadionda müəyyənləşəcək:
Namiq Bəkirov, Elşən Acalov, İsgəndər Əliyev
Sərxan İsmayılov, Azər Əsgərov, Rəvan Həmzəzadə
Ramil Diniyev, Rza Məmmədov, Akif Əmirəli
İdman24.az