Təbrizin "Səhənd" stadionunda yerli "Traktorsazi" ilə Xuzistanın «Fulad» komandası arasında futbol üzrə İran birinciliyin növbəti mərhələsinin oyunu keçirilib. Fanat.az xəbər verir ki, oyunun 36-cı dəqiqəsində hakim qonaqların xeyrinə şübhəli 11 metrlik cərimə zərbəsi təyin edib.
"Fulad"ın oyunçusu Lusyana Perira zərbəni uğurla yerinə yetirdikdən sonra sonra tərbiyəsiz hərəkətə yol verib və topu tamaşaçılara tərəf vurub. Bu isə "Traktorsazi" tərəfdarlarının etirazını daha da artırıb.
Onlar hakimə öz etirazlarını əllərində pul tutmaqla bildirib, hakimin pula alındığına işarə ediblər.
Oyun 2:2 hesabı ilə sona çatsa da, "Traktorsazi"nin həyəcanlı tərəfdarları coşqulu şüarlar söyləyiblər: "Yaşasın Azərbaycan!", "İran federasiyası - Azərbaycanın düşməni!" və "Azərbaycan var olsun - İstəməyən kor olsun!".
Görüşə 50000-ə yaxın tamaşaçı baxıb .
Fanat.az