Tanınmış türk hakim Kuddusi Müftüoğlu bələdiyyə sədri olmaq istəyir. Fanat.az xəbər verir ki, referi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Alanya bələdiyyə sədrliyinə namizədliyini irəli sürüb.
Müftüoğlu namizədliyi müddətində hakimlik etməyəcək. Bu barədə o, özü məlumat verib: "Hakimliyə bir müddət ara verdim. Geri dönüb-dönməyəcəyim hadisələrin gedişindən aslı olacaq. Hakimliyə geri qayıda bilərəm".
Fanat.az