"Qalatasaray"ın sabiq üzvü Hakan Şükür Roberto Mançinini tənqid atəşinə tutub. Fanat.az xəbər verir ki, millət vəkili italyan çalışdırıcını heyət seçiminə görə hədəfə alıb.
Hakan Şükür Mançinini Brumaya görə tənqid edib: "Öz meydanında oynadığınız matçda belə bir yetənəkli futbolçunu heyətdən kənarda saxlaya bilməzsən. Bunun heç bir izahı ola bilməz. Bruma bu gün meydanda olmalı idi".
Fanat.az