Hakan Şükür AKP-dən istefa verdi: "Vicdanım yaralanıb"

Hakan Şükür AKP-dən istefa verdi: "Vicdanım yaralanıb"
"Qalatasaray"ın və Türkiyə yığmasının sabiq üzvü Hakan Şükür hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib. Fanat.az xəbər verir ki, bu barədə veteran futbolçu özü açıqlama verib.
Veteran futbolçu bildirib ki, dərsanələrlə bağlı yaranan qalmaqala görə istefa vermək qərarına gəlib: "AKP 11 ildə Türkiyə çox önəmli uğurlara və referendumlara imza atdı. Amma dərsanələrlə bağlı problem yaranandan anlamsız hərəkətlər bir çox vicdanlı insanı narahat etdi. Türkiyə təhsilində həll edilməsi vacib olan onlarla problem varkən, sanki problemlərin yeganə qaynağı dərsanələrmiş kimi hərəkət etmək ədalətli mövqe deyil. Bu mövqe partiyanın 11 ildəki fəaliyyətinə kölgədi. Daha öncə edilən etirazlara görə bəzi qərarlarını dəyişən hörmətli baş nazirin bu məsələdə bütün israrlara, etirazlara və tələblərə qarşı qulaqlarını tutmasını anlamıram. İnsanların səmimi tələblərinin nəzərə alınacağına bu günə qədər inandım. Bunu gözləyərkən dərsanələrin mənim də olduğum bir quruluşun KCK təşkilatına bənzədilməsi, üzr istəmək bir yana, bu açıqlamalara baş nazir və partiya rəhbərliyinin raeksiya verməməsi vicdanımı dərindən yaralayıb. Mən 20 ildən artıqdı möhtərəm hoca əfəndini (Fətullah Gülən) tanıyır və sevirəm. Referendum da daxil olmaqla millətin xeyirinə olan bütün məsələlərdə hökuməti dəstəkləyən, qapı-qapı gəzib insanları başa salan, xaricdəki minlərlə vətəndaşımızı səs vermək üçün məntəqələrə aparan, AKP bağlanmasın deyə dua edən bu səmimi insanların indi düşmən elan edilməsi ən yüngül formada vəfasızlıqdan başqa bir şey deyil. Bu səbəbdən AKP-dən istefa verir və millətin vəkili olaraq siyasi fəaliyyətimi müstəqil şəkildə davam etdirəcəyimi açıqlayıram. Bu qərardan sonra mənə qarşı qaralama kampaniyalarının başlayacağını bilirəm. İdmançı karyeram dövründə dəfələrlə yaşadığım bu duruma artıq alışmışam".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər