Georgi Çixradze AZAL-la oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Simurq”un baş məşqçisi oyunun sonunda xarakter nümayiş etdirdiklərini deyib:
"Maraqlı oyun keçdi. Biz oyun ərzində 4 qol izlədik. İlk hissədə üstün olan tərəf biz idik. İkinci hissədə AZAL daha üstün çıxış etdi. Rəqibin bizi ikinci hissədə cəzalandırdığını da deyə bilərik. Oyunun sonlarında toparlandıq, xarakter göstərdik. Qarşılaşmanın heç-heçə bitməsi məntiqli oldu".
Fanat.az