"Qarabağ" - "Qəbələ" matçında bu komandalaro arasındakı oyunların yubiley qolu vurulub. Fanat.az xəbər verir ki, Nikolas Gelaşvili tarixə düşüb.
Belə ki, "Qarabağ"ın gürcü forvardı 26-cı dəqiqədə hesabı açmaqla 50-ci qolun müəllifi olub. Daha sonra oyunda 6 qol vurulub və "Qarabağ" - "Qəbələ" qarşılaşmalardakı topların sayı 56-ya çatıb.
Qeyd edək ki, bu komanadalar arasında ilk dövrədə Qəbələdə baş tutan oyunda Vüqar Nadirov 49-cu qolu vurmuşdu.
Fanat.az