Gelaşvili hamıdan yaxşıdı

Gelaşvili hamıdan yaxşıdı

 

Topaz Premyer Liqasında 12-ci turun “ən”ləri məlumdu. Fanat.az xəbər verir ki, “İnStat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik göstəricilərə əsasən müxtəlif göstəricilər üzrə hamıdan yaxşı nəticəyə nail olanların kimliyi, eləcə də müxtəlif oyun komponentlərinə görə seçilən komandaların adı bəllidi.

 

Topa sahib olmada və dəqiq ötürmələrin sayında paytaxtın “İnter” klubu fərqlənib – 36. Hücumların sürətinə görə isə Zaqatalanın “Simurq” və Ağdamın “Qarabağ” klubları öndədir. Hücum sayına görə “Bakı” klubu ilk pillədədi. “İnter” və “Xəzər Lənkəran” rəqib qapısına hamıdan çox – 16 zərbə endirib.

“Sumqayıt”ın futbolçuları bu tur 6 dəfə oyundankənar vəziyyətə düşüb. Ən çox qayda pozuntusuna yol verən komanda isə “Xəzər Lənkəran”dı.

 

 “Qəbələ” ilə oyunda iki qol vuran və bir qol ötürməsi edən Nikolas Gelaşvili XII turun ən yaxşı oyunçusudu. Onun komanda yoldaşı Riçard Almeyda ən çox dəqiq ötürmə edən futbolçudu. “Qəbələ”nin hücumçusu Daniel Subotiç isə hava mübarizələrində hamıdan uğurlu olub.

 Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər