Gecə klubundakı partlayışda ağır yaralanan Azərbaycan çempionu kimdir? - FOTO

Gecə klubundakı partlayışda ağır yaralanan Azərbaycan çempionu kimdir? - FOTO

“Location” gecə klubunda baş vermiş partlayışda ağır xəsarət alanlardan biri də 2018-ci ildə Mens fizik üzrə Azərbaycan Kubokunun qalibi Arslan Quliyevdir.

Fanat.Az xəbər verir ki, “qafqazinfo” 30 yaşlı idmançının yerləşdirildiyi xəstəxanadan fotosunu əldə edib.

Onun komadan yeni ayıldığı bildirilir.

Məlumata görə, Arslan Quliyev sözügedən gecə klubunda mühafizəçi işləyib.

Qeyd edək ki, Bakıda "Location" gecə klubunda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər yaralanıb. Hadisəyə görə üç nəfər həbs olunub. Bunlar iaşə obyektini icarəyə götürmüş “Merser food” MMC-də administrator işləyən Rəsul Rəsulov, həmin MMC-nin təsisçisi-klubun meneceri Orxan Səfərov və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədovdur.

Gecə klubundakı partlayışda ağır yaralanan Azərbaycan çempionu kimdir? - FOTO

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər