Bu gün DÇ-2014-ün seçmə mərhələsinin Avropa zonasında mübarizəyə yekun vurulur. Fanat.az xəbər verir ki, G qrupunda artıqt mübarizə başa çatıb.
Bosniya və Hersoqovina səfərdə Litvanı 1:0 hesabı ilə yenib. Bununla da bosniyalılar ilk dəfə dünya çempionatına vəsiqə qazanıb.
Evdə Lixtenşteyni 2:0 hesabı ilə udan Yunanıstan ikinci pillən tutub. Qrupun digər oyununda Latviya Slovakiya ilə sülh bağlayıb - 2:2.
DÇ-2014
Seçmə mərhələ
15 oktyabr
G qrupu
Yunanıstan - Lixtenşteyn 2:0
Qollar: Dimitrios Salpingidis, 7. Georgios Karagounis, 81.
Litva - Bosniya və Hersoqovina 0:1
Qol: Vedad İbiseviç, 68.
Latviya - Slovakiya 2:2
Qollar: Valeriys Sabala, 47. Renars Rode, 90 - Martin Yakubko, 9. Kornel Salata, 16.
| 1 | Bosniya və H. | 10 | 8 | 1 | 1 | 30-6 | 25 |
| 2 | Yunanıstan | 10 | 8 | 1 | 1 | 12-4 | 25 |
| 3 | Slovakiya | 10 | 3 | 4 | 3 | 11-11 | 13 |
| 4 | Litva | 10 | 3 | 2 | 5 | 9-11 | 11 |
| 5 | Latviya | 10 | 2 | 1 | 6 | 10-20 | 8 |
| 6 | Lixtenşteyn | 10 | 0 | 2 | 8 | 4-25 | 2 |
Fanat.az