Fransa klubları boykot qərarı verdi

Fransa klubları boykot qərarı verdi
Fransa Peşəkar Futbol Klubları Birliyi boykot qərarı verib. Fanat.az xəbər verir ki, boykota Liqa 1 və Liqa 2 çempionatının iştirakçıları qoşulacaq.
Liqa 1 klubları 15-ci, Liqa 2 təmsilçiləri isə 16-cı turun oyunlarına çıxmayacaqlar. Buna səbəb isə 75 faiz vergi qərarı səbəb olub. Fransa Peşəkar Futbol Klubları Birliyinin rəhbəri Jean-Pierre Louvel boykotla qərara etiraz edəcəklərini bildirib: "Yeni qanun bu gün Fransada futbol oynayan əcnəbiləri qaçıracaq, yüksək səviyyəli və yüksək maaş alan fransız futbolçuları da karyeralarını xaricdə davam etdirməyə məcbur edəcək".
Qeyd edək ki, Fransa hökmətinin hazırladığı yeni qanuna əsasən yüksək maaş alanlar 75 faiz vergi ödəyəcək. Bu qanun futbol sahəsində də tətbiq olunacaq.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər