Fransa çempionatında boykot olacaq?

Fransa çempionatında boykot olacaq?
Fransanın 1-ci və 2-ci liqalarında planlaşdırılan boykot qərarı ləğv olunub. Fanat.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Klubları Birliyi (UCPF) qərar qəbul edib.
Hökumətin vergi haqqında yeni qanun layihəsinin futbola da şamil edilməsinə etiraz əlaməti olaraq Fransanın 1-2-ci liqalarında klublar noyabrın 29-da və dekabrın 2-də baş tutmalı olan turun oyunlarına çıxmamaqla bağlı qərar qəbul etmişdilər. Lakin UCPF boykota 15 gün qalmış qərarı ləğv edib. Beləliklə, dekabrın 2-də keçirilməli olan PSJ - "Olimpik" (Lion) matç baş tutacaq.
UCPF-nin prezidenti qərarın ləbv olunmadığını, sadəcə icrasının təxirə salındığını bildirib: "1 milyon avrodan artıq maaş alan futbolçuların 75 faiz vergi verməli olması ilə bağlı qərarın dəyişdirilməsi yönündə addım atılmasa, boykot qərarı icra olunacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər