Foqtsun millidən kənarda qoyduğu danışdı

Foqtsun millidən kənarda qoyduğu danışdı

“Əsas yığmadan kənarda qalmağıma qətiyyən üzülmürəm. Mən futbolçuyam, harda məsləhət bilsələr, orda da oynamalıyam”. Bu sözləri Fanat.az-a açıqlamasında Berti Foqtsun Estoniya və Qırğızıstan yığmaları ilə bu ay keçiriləcək yoldaşlı oyunları üçün müəyyənləşdirdiyi siyahıda adı olmayan Qara Qarayev deyib.

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində noyabrın 15-də Skopyedə meydan sahibləri ilə qarşılaşacaq U-21-in sıralarında Makedoniyaya yollanacaq Qara oyunun vacibliyini qabardıb: “Makedoniya ilə səfər matçı çətin alınacaq. Yığmaya kömək etmək üçün əlimdən gələni edəcəyəm. U-21, əsas milli, fərq etmir. Yığmanın formasını geymək böyük məsuliyyət və şərəfdi.  İnşallah, evə qələbəylə dönüb azarkeşlərimizi sevindirmək istəyirik”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər