"Komandamı təbrik edirəm. Çox çətin heç-heçəyə nail oldular. Həm də nəzərə almaq lazımdı ki, 15 dəqiqə azlıqda oynadıq. Komandama 4 gündə 2 oyun keçirmək asan deyildi. Lakin xal qazana bildik". Fanat.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Berti Foqts deyib.
"Biz mübariz və taktiki gedişlərin sayəsində 1 xal qazandıq. Maksim qırmızı vərəqə alandan sonra dəyişikliklər etdik. Vaqif də çıxıb qol vurdu. Maksimi məşqdə də dayaq yarımmüdafiəçisi mövqeyində oynatmışam və razı qalmışam.
Alman çalışdırıcı Rusiya ilə oyundan sonra azarkeşlərə təşəkkür edib: "Azarkeşlərə minnətdarlığımı bildirirəm. Sonacan bizi dəstəklədilər. Rusiya millisinə mundilada uğurlar arzulayıram".
Fanat.az