Azərbaycan milli komandasının DÇ-2014-ün seçmə mərhələsindəki iki rəqibi avqustun 14-də meydana çıxacaq. Fanat.az xəbər verir ki, Belfast şəhərində DÇ-2014-ün seçmə mərhələsinin Şimali İrlandiya – Rusiya oyunu, Kiyev şəhərində isə Ukrayna və İsrail millilərinin yoldaşlıq görüşü keçiriləcək.
Berti Foqtsun köməkçiləri millimizin rəqiblərini izləyəcək. Belə ki, Olaf Yansen Belfastdakı, Nazim Süleymanov isə Kiyev şəhərindəki oyuna canlı baxacaq.