Bu gün Azərbaycan yığma komandası növbəti, eyni zamanda 2013-cü ildəki son matçına çıxıb. Fanat.az xəbər verir ki, Berti Foqtsun rəhbərlik etdiyi millimiz yoldaşlıq oyunu çərçivəsində Qırğızıstanın qonağı olub.
Matç Dolen Omurzakov adına Bişkek şəhər stadionunda keçirilib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və matç 0:0 hesabı ilə başa çatıb. Bununla da millimiz 2013-cü ili heç-heçə ilə başa vurub.
Qeyd edək ki, Qırğızıstan millimiz üçün tanış rəqibdi. Belə ki, bu komanda bundan öncə bir dəfə Azərbaycan yığmasına rəqib olmuşdu. Həmin qarşılaşma 2007-ci ilin 11 martına təsadüf edib. Çimkənddə keçirilən beynəlxalq turnir çərçivəsində qarşılaşan komandaların duelində qələbə Azərbaycan futbolçularına qismət olmuşdu - 1:0.
Qırğızıstan millisi ilə görüş komandamızın baş məşqçisi Berti Foqtsun bu postda son oyunu ola bilər. Belə ki, müqaviləsi bu ilin sonunda başa çatacaq almaniyalı mütəxəssislə anlaşmanın uzadılıb-uzadılmaması sual altındadı.
Yoldaşlıq oyunu
19 noyabr
Qırğızıstan - Azərbaycan 0:0
Qırğızıstan: Pavel Matyaş, Valeri Kiçin, Tahir Avçiev, Davron Əsgərov, Fərrux Abitov (Ariy Elacah, 46), Vadim Xarçenko, Maka Kum, Anatoli Vlasiçev, Axlidin İsrayilov, Xurşil Lutfullayev (Əzəmət Baymatov, 80), David Tetteh.
Ehtiyat oyunçular: Maksim Zinçenko, Ruslan Əmirov, Artur Mulladcanov, Əziz Sıdıkov, Kayrat Cilqarbekoğlu, İldar Əmirov, İvan Filatov.
Baş məşqçi: Sergey Dvoryankov.
Azərbaycan: Səlahət Ağayev, Bədavi Hüseynov, Rasim Ramaldanov, Mahir Şükürov, Elnur Allahverdiyev (Ali Gökdemir, 46), Rahid Əmirquliyev, Taşkın İlter (Ufuk Budak, 63), Vaqif Cavadov (Cavid Hüseynov, 46), Cihan Özkara (Vuqar Nadirov, 57), Rüfət Dadaşov, Rauf Əliyev.
Ehtiyat oyunçular: Fərhad Vəliyev, Anar Nəzirov, Maksim Medvedev, Vladimir Levin, Ruslan Əmircanov, Vurğun Hüseynov, Pərdis Farcad-Azad.
Baş məşqçi: Berti Foqts.
Hakimlər: Artyom Kuçin, Sergey Vassyutim, Serik Jappasbayev (hamısı Qazaxıstan).
Bişkek. Dolen Omurzakov adına şəhər stadionu. Saat 13.00.
Fanat.az