Tallində Estoniyaya 1:2 hesabıyla uduzan yığma bu gün Qırğızıstana uçacaq. Fanat.az xəbər verir ki, noyabrın 19-da Bişkekdə yoldaşlıq oyununa çıxacaq seçmə axşam saatlarında Asiya ölkəsində olacaq.
Berti Foqtsun bu qarşılaşmaya komandanı fərqli heyətlə çıxaracağı gözlənilir. Belə ki, Estoniya ilə görüşdə forma geyməyən oyunçuların qırğızlarla matçda meydanda olması planlaşdırılıb.
Fanat.az