Bu gün milli komandamız Estoniya ilə yoldaşlıq oyunu keçirəcək. Fanat.az xəbər verir ki, artıq baş məşqçi Berti Foqts meydanra buraxacağı "11-liy"i müəyyənləşdirib.
Alman çalışdırıcı Kamran Ağayevin yoxluğunda qapını Anar Nəzirova tapşırıb. Kapitan Rəşad Sadıqovu "Qarabağ"dakı komanda yoldaşı Bədavi Hüseynov əvəzləyəcək. Onunla yanaşı, Rasim Ramaldanov da müdafiənin mərkəzində oynayacaq. Müdafiənin cinahlarındə isə Elnur Allahverdiyevlə Maksim Medvedev yer alacaq.
Ruslan Abışovla Rahid Əmirquliyev yenə dayaq yarımmüdafiəçisi kimi meydana çıxacaq. Foqts uzun müddətdi müdafiədə oynatdığı Mahir Şükürova yenidən yarımmüdafiənin sağ cinahında yer verib. Sol cinahı isə Vaqif Cavadova tapşırıb.
Millinin hücum xəttində yenə Rüfət Dadaşovla Rauf Əliyev yer alacaq.
Anar Nəzirov, Rasim Ramaldanov, Bədavi Hüseynov, Elnur Allahverdiyev, Maksim Medvedev, Ruslan Abışov, Rahid Əmirquliyev, Mahir Şükürov, Vaqif Cavadov, Rüfət Dadaşov, Rauf Əliyev.
Fanat.az