Flavinyo: “3 xal mütləqdi”

Flavinyo: “3 xal mütləqdi”

“Şənbə günü çempionatda yaranmış fasilə başa çatır. Bu tur rəqibimiz olan “Rəvan”ı səfərdə məğlub etmişdik. Həmin görüşdə rəqib əsasən müdafiədən oynamağa çalışırdı”. Fanat.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Flavinyo klub saytına açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi qələbənin önəmini qabardıb:“Eşitdiyimə görə “Rəvan”a yeni baş məşqçi təyin olunub. Bəlkə də onların ifasında fərqli oyunun şahidi olduq. İstənilən halda ilk dəqiqələrdən etibarən sona kimi var qüvvəmizlə oynamalıyıq. Məqsədimiz doğma meydanda da qələbə qazanmaqdı. Liderlər qrupundakı mövqeyimizi möhkəmlətmək üçün bu oyundan mütləq 3 xalla ayrılmalıyıq”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər