"Mançester Yunayted"in sabiq baş məşqçisi Aleks Ferqyuson Devid Bekhemlə aralarındakı problemin səbəbini illər öncə açıqlayıb. Fanat.az xəbər verir ki, əfsanəvi mütəxəssis bu barədə avtobioqrafiyasında yazıb.
Ser titullu Ferqyuson ulduz futbolçunun özünü baş məşqçidən üstün gördüyünü yazıb: "Bir "Mançester Yunayted" futbolçusu özünü baş məşqçidən üstün gördüyü an getməlidi. Devid Bekhem özünü Aleks Ferqyusondan daha böyük hesab edirdi. Bu onun sonunu gətirdi".
Fanat.az