Azərbaycanlı hücumçu Fərid Quliyev uzun müddətdən sonra Türkiyənin PTT Liqasında mübarizə aparan “Kahramanmaraşspor”da meydana çıxıb. Fanat.az xəbər verir ki, zədədən dönəndən bəri “18-liy”ə düşməyən forvard dünən Antalyada keçirilən yoxlama oyununda forma şansı qazanıb.
Fəridin komandası İraq Premyer Liqası klublarından olan “Suleymani” ilə qarşılaşıb. Qarşılaşmada hesabı start heyətində meydana çıxan həmyerlimiz açıb. Quliyev görüşün 25-ci dəqiqəsində nigeriyalı İzu Azukanın dirəkdən qayıdan zərbəsini uğurla tamamlayıb. 68-ci dəqiqədə isə “Suleymani”nin hücumçusu Farhan Şakor cavab topunu vuraraq yekun hesabı müəyyənləşdirib - 1:1.
Çıxış etdiyi çempionatın autsayderi “Kahramanmaraşspor” bu tur istirahət etdiyindən Antalyada təlim-məşq toplanışı keçirirdi.
Fanat.az