Futbol üzrə Türkiyə PTT Birinci Liqasında XI turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Quliyevin çıxış etdiyi “Kahramanmaraşspor” Andrey Popoviçlə Usim Ndukanın forma geyindiyi “Tavşanlı Linyitspor”u qəbul edib.
"Kahramanmaraşspor" cari mövsümdə ilk qələbəsini qazanıb. Fərid uzun fasilədən sonra bu görüşün iştirak ərizəsində yer alsa da, meydana çıxmaq şansı qazanmayıb və komandasının zəfərini kənardan izləyib. Andrey Popoviçlə Usim Nduka isə ümumiyyətlə matçın protokolunda yer almayıb.
Qeyd edək ki, “Kahramanmaraşspor” 11 turda 5 xal toplayıb və 18-ci pillədə qərarlaşıb. “Tavşanlı Linyitspor” isə 8 xalla 16-cıdı.
Fanat.az