"Təbii ki, milliyə dəvət almaq olduqca xoş bir duyğudu. Hər zaman ölkənin əsas komandasının formasını qorumaqdan məmnun olmuşam". Fanat.az xəbər verir ki, bu sözləri uzun fasilədən sonra milliyə dəvət alan Fərhad Vəliyev deyib.
"Qarabağ"ın qapıçısı yığmaya qayıtmağını klubdakı uğurlu çıxışı ələ əlaqələndirib: "2 ildən sonra milliyə dəvət almağım yəqin son zamanlar əsas heyətdə çox oynamağımla əlaqədardı. Son zamanlar uğurlu çıxış edirik. Yəqin bu da millinin məşqçilər heyətinin diqqətindən qaçmayıb. Çalışacam ki, millidə şans veriləcəyi təqdirdə özümü ən yaxşı tərəfdən göstərim".
Qeyd edək ki, Azərbaycan millisinin noyabr ayında Estoniya və Qırğızıstan yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün yığmaya dəvət alan futboçuların siyahısı açıqlanıb. "Qarabağ"dan Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov, Vüqar Nadirovla yanaşı Fərhad Vəliyev də milliyə dəvət alıb. 33 yaşlı qolkiper 2 ildən sonra millinin düşərgəsinə qoşulacaq. "Qarabağ`da əsas qolkiper olan, çempionatda ən az qol buraxan qapıçı olan Vəliyev sonuncu tura qədər qapısını 592 dəqiqə "quru" saxlaya bilmişdi. Belə də Fərhadın yenidən millliyə dəvət alması gözlənilməz olmadı.
Fanat.az