Federasiyadan erməni bayrağı açıqlaması

Federasiyadan erməni bayrağı açıqlaması
Azərbaycan Voleybol Federasiyası (AVF) qadınlardan ibarət “Azəryol” komandasının geyimində Ermənistan bayrağındakı rənglərin təsvir olunmasına dair xəbərlərə münasibət bildirib. Qurumun mətbuat xidmətindən verilən lent.az-a məlumata görə, rəsmi açıqlamada maykanın aşağısındakı rənglərdən qara və sarının “Azəryol”un rəngləri, qırmızı və göyün isə bəzək olduğu bildirilir.
“Əzəli və əbədi  düşmənlərimiz olan Ermənilərin bayrağı isə həmin formada yoxdu. Çünki, diqqət etsəniz Ermənistanın bayrağında sarı yox, narıncı rəng var. Formada olan zolağı niyə məhz Ermənistanın bayrağına bənzədirlər? Əgər rənglərin ardıcıllığına baxırıqsa, orada Rumıniya bayrağında olan rənglər də var”.
 
Bəyanatda o da qeyd edilir ki, “Azəryol”un formasının sol tərəfində ən yüksəkdə Azərbaycan bayrağı təsvir olunub.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər