Fabio Kapello: "Bizim üçün əsas şampan yox..."

Fabio Kapello: "Bizim üçün əsas şampan yox..."

"Oyundan razı qaldım. Hesabı biz açdıq. Qol epizodlarımız olsa da, vura bilmədik. Rəqib isə yeganə şansından yararlandı". Fanat.az xəbər verir ki, bu sözləri Rusiya millisinin baş məşqçisi Fabio Kapello deyib.

Millimizlə oyundan sonra danışan italyan mütəxəssis "- Oyundan əvvəl arxayınlaşmayacağınızı deyirdiniz. Ancaq azlıqda qalan rəqibdən qol buraxıb, qələbəni əldən verdiniz. Bu rəqibi qiymətləndirməməklə bağlıdı" sualına belə cavab verib: "Xeyr, rəqibə hörmətlə yanaşırdıq. Dediyim kimi, rəqibin bir şansı oldu, onu da vurdu".

Kapello Səmədovu əvəzləməsinin səbəbini açıqlayıb: "Onun sarı vərəqəsi vardı, risk etmək istəmədim. Əsas səbəb budu".

Rusiyanın çalışdırıcısı "Paltardəyişmə otağına gedib, uğuru şampanla qeyd edəcəksiniz" sualını belə cavablandırıb: "Bizim üçün əsas şampan yox, mundiala vəsiqə qazanmağın sevincini yaşamaqdı. Bu tsikldə 3-cü dəfədi 90-cı dəqiqədə qol buraxırıq. Bunun üzərində işləməliyik".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər