“Qırğızıstana qələbə qazanmağa gedirik. Heç estonlara da uduzmalı deyildik”. Fanat.az xəbər verir ki, bu sözləri millini Estoniya ilə yoldaşlıq oyununa kapitan sarğısı ilə çıxaran Mahir Şükürov deyib.
“Neftçi”nin təcrübəli müdafiəçisi istənilən görüşdə nəticənin lazım olduğunu vurğulayıb: “Mən həmişə qələbə ruhu ilə meydana çıxmağı xoşlayıram. Fikrimcə, bütün futbolçular məğlubiyyətə görə üzülür. İstənilən görüşdə nəticə qazanmaq lazımdı. Düzdü, yoldaşlıq oyunlarında hesaba oynamaqdan başqa da planlar olur. Amma estonların bizi məğlub etməsinə imkan verməməliydik. Bişkekdə daha inamlı təsir bağışlamalı, yenilgini unutdurmalıyıq".
Qeyd edək ki, Qırğızıstan - Azərbaycan matçı noyabrın 19-da keçiriləcək.
Fanat.az