Estoniya yığmasında ciddi itkilər

Estoniya yığmasında ciddi itkilər
Noyabrın 15-də Tallinn şəhərindəki "A. Le Coq Arena"da Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Estoniya yığması hazırlıqlabrını davam etdirir. Fanat.az xəbər verir ki, estonlar görüş öncəsi ciddi itki ilə üzləşib. 
Belə ki, komandanın aparıcı futbolçusu, kapitan Raqnar Klavan yığmamıza qarşı forma geyə bilməyəcək. Bunu Estoniya millisinin baş məşqçisi Tarmo Ryuutli bəyan edib: "Bildiyim qədərilə, Klavanın bu görüşdə iştirakı böyük sual altındadı. O, zədəlidi. Mümkündü ki, bu görüşdə iştirak etməsin".
 
Azərbaycanla oyunu eyni səbəbdən İqor Morozov, Taavi Raan, Alo Barenqrub və Rayo Piiroya da buraxacaq. Bu üzdən də Ryuutli milliyə üç gənc müdafiəçi - Mikk Reyntam, Artyom Artyunin və Karol Metsi çağırıb. Sander Purinin də qarşıdakı oyunlarda iştirakı sual altındadı.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər