“Komandamızın ən böyük çatışmazlığı hücumla bağlıdı. Niyə belə olması mənə də maralıdı. Meydanın 2/3 hissəsində rahat oynayırıq. Rəqib qapısına tərəf olan 1/3 hissəlik ərazidə isə heç nə edə bilmirik”. Fanat.az xəbər verir ki, bunu noyabrın 15-də, Tallindəmillimizləyoldaşlıq oyununa çıxacaqEstoniya yığmasının baş məşqçisi Tarmo Ruutli deyib.
Çalışdırıcı daha sonra əlavə edib: “Görünür, ya futbolçuların bacarığı yoxdu, ya da qol vurmaq səriştəsi. Yoxsa, rəqiblə bərabər oynayıb topa da nəzarət edirik, qapıya yol tapmağı bacarmırıq. Çıxış yolları axtarıram. Milliyə namizədlərin siyahısı genişdi. Yoxlama oyunlarında bu futbolçuları sınayıram. Müxtəlif variantları yoxlasam da, yenə hücum planında vəziyyət düzəlmir”.
Qeyd edək ki, Estoniya yığması DÇ-2014-ün seçmə mərhələsində cəmi 6 qol vurub. Bu göstəricidə Berti Foqtsun komandasına da uduzan (yığmamız 7 dəfə fərqlənib) kollektivin baş məşqçisinin gileylənməyə haqqı var.
Fanat.az