“Fənərbaxça”nın baş məşqçisi Ersun Yanal “Konyaspor” (1:0) məğlubiyyətinin ardından açıqlama verib. Fanat.az xəbər verir ki, baş məşqçi məölubiyyətə görə üzr istəyib:
“Deyiləcək bir şey yoxdu. Futbol bu cür bir oyundu. Azarkeşimizi sevindirə bilmədik. Hamısından üzr istəyirəm. 10 gündü demək olar ki, məşq edə bilmirik. Tez bir zamanda “Arsenal” matçını düşünməliyik”.