DÇ-2014-ün seçmə mərhələsində F qrupunda mübarizə aparan milli yekunda 9 xal topladı. Berti Foqtsun komandası 4-cü olaraq tarixinin ən yaxşı nəticəsinə imza atdı. Hesabında 1 qələbə 6 heç-heçə və 3 məğlubiyyət olan yığmamız rəqib qapılarından 7 top keçirib və 11 dəfə oyuna mərkəzdən başlayıb. Görəsən 3 yenilgi necə göstəricidi? Suala cavab tapmağa çalışaq:
Məğlubiyyət həmişə acıdı. Hətta nəticəsi böyük önəm daşımayan qarşılaşmalarda da qarşı tərəfə boyun əymək xoş deyil. Seçmə qrupun hər iki oyununda portəgizlərə uduzan və hakimin yanlış penalti qərarı üzündən Rusiyadan məğlub dönən Foqtsun yetirmələri başqa yenilgi görməyib. Mundiala qatılmaq üçün pley-off oynayacaq Xorvatiya və İslandiyanın da 3 yenilgisi var. Avropanın tanınmış, səviyyəli millilərindən Çexiyanın, Bolqariyanın, Avstriyanın, Macarıstanın, Slovakiyanın, Polşanın, Çernoqoriyanın və Finlandiyanın da millimiz kimi 3 matçda meydanı başıaşağı tərk etməsi faktdı. Bizdən çox uzudanların siyahısına gəlincə, Serbiya , Türkiyə, Norveç, İrlandiya 4, Şotlandiya, Sloveniya, Albaniya, Ermənistan, Gürcüstan, Moldova, Şimali İrlandiya, Litva 5, Uels, Lüksemburq , Latviya, Belarus 6, Qazaxıstan, Estoniya, Cənubi Kipr 7, Lixtenşteyn 8, Malta, Farer adaları 9 dəfə, Andorrayla San Marino isə bütün görüşlərdə xala həsrət qalıb. Razılaşaq ki, bədnam qonşularımızın – erməni fanatların 5 dəfə gözüyaşlı qalması müəyyən təskinlik nöqtəsidi. Axı bi bundan az məğlubiyyət acısı dadmışıq.
Fanat.az