Ən yaxşı məşqçi adına namizədlər məlumdu

Ən yaxşı məşqçi adına namizədlər məlumdu

FİFA ilin ən yaxşı məşqçisi adına namizədlərin siyahısını açıqlayıb. Fanat.az xəbər verir ki, ali futbol qurumu ilə mükafatın təsisçisi olan “France Football” nəşrinin tərtib etdiyi siyahıda 10 mütəxəssisin adı yer alıb:

 

Visente del Boske (İspaniya millisi), Aleks Ferqyusson (“Mançester Yunayted”in sabiq çalışdırıcısı), Karlo Ançelotti (PSJ / “Real”), Rafael Benites (“Çelsi” / “Napoli”), Antonio Konte (“Yuventus”), Yupp Haynkess (“Bavariya”nın sabiq çalışdırıcısı), Joze Mourinyo (“Real” / “Çelsi”), Luis Felipe Skolari (Braziliya millisi) və Arsen Vengerə (“Arsenal”).

 

 Mükafat sahibini yığmaların baş məşqçilərinin və kapitanlarının, jurnalistlərin səslərinin nəticələrinə əsasən tapacaq. Ən yaxşının kimliyi yanvarın 13-də bilinəcək.

 

 Xatırladaq ki, 2012-ci ildə İspaniya millisinin çalışdırıcısı Visente del Boske bütün rəqiblərini qabaqlamışdı.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər