Elxan Məmmədov AFİ-nin baş katibi ilə görüşdü

Elxan Məmmədov AFİ-nin baş katibi ilə görüşdü

Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov Almaniya Futbol İttifaqının baş katibi Helmut Sandrockla görüşüb. Görüşdə AFFA ilə AFİ arasında 4 ildən artıq müddətdə davam edən əməkdaşlıq barədə söhbət açılıb, Azərbaycanda uşaq futbolunun inkişafı və məşqçilik kurslarının təşkili, Bakı şəhərində Azərbaycan və Almaniyanın veteran futbolçuları arasında, həmçinin hər iki ölkənin 17 yaşadək futolçulardan ibarət komandaları arasında yoldaşlıq oyununun keçirilməsi xatırlanıb, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkili və infrastrukturun genişləndirilməsi ilə bağlı Almaniya Futbol İttifaqı tərəfindən AFFA-ya verilən tövsiyələr qeyd olunub. Sonda AFFA-nın nəzərdə tutulan beynəlxalq layihələri barədə danışılıb və iki ölkənin futbol qurumları arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər