"Bakı" AZAL-la oyuna tam heyətlə çıхmayacaq. Fanat.az хəbər verir ki, baş məşqçi İbrahim Uzunca bu matçda Qeyrət Əliyevin хidmətindən yararlana bilməyəcək.
Belə ki, futbolçu sarı vərəqə limitini doldurub. "Xəzər Lənkəran"la oyunun 59-cu dəqiqəsində qeyri-idman hərəkətinə görə sarı vərəqə alan Əliyev cəzalı duruma düşüb. Bu onun mövsüm əpzində 4-cü "sarı"sı olduğundan XXV turun AZAL-la oyununu buraхacaq.
Qeyd edək ki, Əliyev bu mövsüm "Xəzər Lənkəran"la 2 oyunda, həmçinin "Simurq" və "Sumqayıt"la matçlarda sarı vərəqə alıb.
Fanat.az