Çələbiyev uğurundan danışdı

Çələbiyev uğurundan danışdı

Boks üzrə dünya çempionu Cavid Çələbiyev Qazaxıstanda keçirilən dünya çempionatıyla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, 56 kq çəki dərəcəsində planetin ən yaxşısı olan idmançımız möhtəşəm qələbənin ardından bunları deyib :

“Çox sevincliyəm. Bütün azərbaycanlı idmançılara dünya çempionluğu arzulayıram. Oktyabrın 26-sı atamın doğum günüdü. Şadam ki, sevindirə bildim. Qələbəni atama həsr edirəm. Mənə həmişə dəstək olub.Finala çıxanda qızıl medal ala biləcəyimə inanırdım. Rus boksçuları güclü olur. Ciddi hazırlaşmışdım. Sona qədər mübarizə apararaq qələbə qazandım”.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər