Elbrus Məmmədov "İnter"lə oyunla (0:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi mərhələ keçmək şanslarının az olduğunu deyib:
“Kubokda cavab qarşılaşmasını gözləmək lazımdı. Düzdü, biz səfərdə iki qol buraxdıq. İki qol buraxdıqdan sonra ola bilər ki, mərhələni keçmək şansımızın yüksək olduğunu demək gülməli çıxa bilər. Amma mərhələni keçmək bizim tapşırığımızdı. Hesab edirəm ki, bu tapşırıq həll olunmayanlardan deyil”.
Fanat.az