Elbrus Məmmədov "Bakı" ilə oyunla (2:1) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Xəzər Lənkəran”ın baş məşqçisi müdafiəçilərdən narazı qalıb:
“Bu heyətlə ilk qələbəni qazandıq. Çatışmazlıq var idi, vəzifəmizin öhdəsindən gəldik. Bu münasibətlə futbolçuları, rəhbərliyi, tamaşaçıları təbrik edirəm. Müdafiəçilər bir qədər inamsız çıxış etdilər. Bu hadisələrlə ikinci hissədə qarşılaşmadıq. Ağabala Ramazanovun qırmızı vərəqə aldığı epizoda baxılacaq. Ağabala deyir ki, günah iş görmədim. Buna rəğmən, epizoda baxılacaq və qərar veriləcək”.
Fanat.az