“El Klassiko”ların vaxtı açıqlandı

“El Klassiko”ların vaxtı açıqlandı

İspaniya La Liqasında yeni mövsümün təqvimi məlum olub.

Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, avqustun 17-də başlayacaq 2013/2014 mövsümü gələn Braziliyada təşkil olunacaq dünya çempionatının final mərhələsi səbəbindən bir qədər tez - mayın 18-i başa çatacaq.

Ən çox maraqla gözlənilən yeni mövsümün ilk "El Klassiko"su oktyabrın 27-i və ya 28-də "Nou Kamp"da, cavab qarşılaşması isə 29-cu turda, 22-23 mart tarixlərinin birində "Santyaqo Bernabeu"da baş tutacaq.

Qeyd edək ki, 25 sentyabr, 30 oktyabr, 26 martda La Liqada həftə içi matçları da oynanacaq. 6-8  dekabrda isə Kral Kubokunun qarşılaşmaları keçiriləcək.

İdman24.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər