“Birinci hissədə oyunumuz alınmadı. İstədiyimiz futbolu oynaya bimədik. Əlbəttə ki, Superkuboku qazanmaqda maraqlıydıq”. Bu sözləri Fanat.az-a açıqlamasında “Neftçi”nin məşqçisi Tərlan Əhmədov deyib.
Əhmədov rəqibin layiqli qələbə qazandığını vurğulayıb: “İkinci yarıda yaxşı oynadıq, bərabərlik qolunu vurduq. Əlimizdən gələni etdik. Lakin daha bir top vurmağı bacaran “Xəzər Lənkəran” layiqli qələbə qazandı”.
Mütəxəssis klub prezidenti Sadıq Sadıqovun saytımıza dediyi “Əhmədovla yolları ayırıb yeni çalışdırıcı gətirəcəyik” fikrinə də münasibət bildirib: “Yolları ayıracaqlar? Açığı, mənə bu haqda nəsə deyilməyib. Mətbuatdan oxumuşam. Sadıq müəllim deyibsə, qərarına hörmətlə yanaşacağam. Rəhbərlik necə məsləhət bilsə, elə də olacaq”.
Fanat.az