Dünya onlara nifrət edir - SİYAHI

Dünya onlara nifrət edir - SİYAHI
Məşhur "Bleacher Report" saytı ən çox nifrət olunan 10 futbolçusunu müəyyənləşdirib. Fanat.az xəbər verir ki, siyahıya dünyanın ən məşhur futbolçuları daxildi:
1. Luis Suares: Dünyanın ən yaxşı forvardlardan biri hesab olunsa da, ən çox nifrət olunan futbolçular siyahısına başçılıq edir. Buna səbəb isə onun xarakteridi. "Çelsi"nin futbolçusu Branislav İvanoviçi meydanda dişləməyə belə cəsarət edən uruqvaylı ulduz Patrik Evraya qarşı irqçilik etmişdi.
2. Con Terri: 2010-cu ildə komanda yoldaşı Ueyn Bridgenin həyat yoldaşı Vanessa Perronkellə yatağa girən futbolçu bütün dünyada özünə qarşı nifrət hissi yaratmışdı. O, həmçinin Anton Ferdinandla bağlı irqçi ifadələr səsləndirmişdi.
3. Coey Barton: Datim mətbuata verdiyi qalmaqallı açıqlamaları ilə gündəmə gəlir. Son olaraq o, Aleks Ferqyusonun məşqçi bacarığını şübhə altına alan açıqlamalar vermişdi. 
4. El Haci Diuf: Seneqallı futbolçu rəqib azarkeşlərə tüpürməsi, top daşıyan uşaqlara qarşı irqçi hərəkətlər etməsi və içkili maşın sürməsi ilə məhşurdu. O, bir dəfə Seneqalda davaya da qarışaraq həbs olunmuşdu.
5. Eşli Koul: Keçmiş həyat yoldaşı Çarli Koulu dəfələrlə aldatdığı iddia edilən futbolçu bir dəfə siqaret çəkərkən yaxalanmışdı. Meydandan kənardakı hərəkətləri ona qarşı nifrət hissinin yaranmasına səbəb olub.
6. Emre Belezoğlu: Türkiyə millisinin üzvü "Trabzonspor"ou Didye Zokoraya qarşı etdiyi irqçiliyə görə siyazıya düşüb.
7. Pepe: Bu futbolçunun bu siyahıya düşməsinin səbəbləri barədə uzun-uzadı danışmağa ehtiyac yoxdu. Sərt oyunu ilə hamının gözünü qorxudan futbolçuya "Sümük qıran" ləqəbi boş yerə verilməyib.
8. Serxio Buskets: Simulyasiyanı sevən futbolçuların siyahısında ilk yerlərdən birini tutan oyunçu özünü yerə atmaqda mahirdi.
9. Mario Balotelli: Hazırda dünyanın ən məşhur futbolçulardan biri olan italiyalı ulduzun başı daim qalmaqaldadı. Üstəlik o, "İnter"dən sonra "Milan"ın formasını geyinməklə də azarkeşlərin nifrətini qazanıb.
10. Zlatan İbrahimoviç: Dünyanın ən çox sevilən futbolçularından biri olan isveçli həm də nifrət olunanlar siyahısındadı. Bunun səbəbi isə onun meydanda və kənardakı uyğunsuz hərəkətləridi.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər