Droqba yenidən "Stamford Bric"də

Droqba yenidən "Stamford Bric"də
Didye Droqba "Stamford Bric"ə qayıdır. Fanat.az xəbər verir ki, "Qalatasaray"ın futbolçusu Çempionlar Liqasının 1/8 final mərhələsində 8 il top qovduğu "Çelsi"yə qarşı oynayacaq.
Droqba 2004-2012-ci illərdə "Çelsi" forması geyinib. Bu müddətdə London klubu ilə 226 oyuna çıxan afrikalı ulduz 100 qol vurub. Droqba "Çelsi"də 12 kubok qazanıb: Premyer Liqa (3 dəfə), Federasiya Kuboku (4), Liqa Kuboku (2), İngiltərə Super Kuboku (2) və Çempionlar Liqası (1).
Ötən il "Qalatasaray"ın heyətində Çempionlar Liqasının 1/4 finalda həmin vaxt "Real"ı çalışdıran Joze Mourinyo qarşı oynayan afrikalı ulduz bu dəfə yenidən portuqaliyalı mütəxəssislə qarşılaşacaq. Droqba 2004-2007-ci illərdə "Çelsi"də Mourinyonun rəhbərliyi altında oynayıb.
Bu arada "Çelsi"də Droqba sevinci yaşanır. London klubu yenidən əfsanəvi oyunçusunu görəcəyi üçün sevinir. Belə ki, püşkatmada dərhal sonra "Çelsi"nin rəsmi "Twitter" hesabından "yaxında səni görəycəyik, Droqba" mesajı yayımlanıb.
Futbolçu özü isə "Instagram"dakı hesabından bu mesajı yayıb: "Nə püşk amma... Çempionlar Liqasının ən şanslı adamı mənəm. İki matçı da evimdə oynayacağam".
Artıq Mourinyo da Droqba ilə bağlı açıqlama verib: "Stamford Bric" onu məndən daha çoşğulu qarşılayacaq".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər