Droqba hamıdan layiqli çıxdı

Droqba hamıdan layiqli çıxdı

“Qalatasaray”ın forvardı Didye Droqba fəxri “Qızıl pəncə-2013” mükafatını qazanıb. Fanat.az xəbər verir ki, qalibin adı Monakodakı mətbuat konfransında elan edilib.

 

Mərasimə knyaz 2-ci Albert, həmçinin, ötən illərin məşhur futbolçuları Karlos Valderrama, Osvaldo Ardiles və Jan-Pyer Papen də qatılıb.

 

Droqbanın əsas rəqibi Madrid “Real”ının portəgiz lideri Kriştianu Ronaldu olub.

 

Xatırladaq ki, ötən il bu “qənimət” PSJ-nin hücumçusu Zlatan İbrahimoviçə qismət olmuşdu.

 

Mükafat 2003-cü ildə knyaz 2-ci Albertin göstərişi ilə jurnalist Antonio Kalyendo tərəfindən təsis edilib və yaşı 29 və yuxarı olan futbolçulara 10 namizəd arasında internet səsvermə əsasında bütün dünyadan olan jurnalistlərin xüsusi komissiyası tərəfindən müəyyən edilərək təqdim edilir.

 

Qaliblər öz pəncələrinin izini Champions Promenade-də “Şərəf xiyabanı”nda qoyur. Tədbirin sponsoru Azerbaijan. Land of Fire brendi olub.

 

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər