Droqa qızıl istehsalına başladı

Droqa qızıl istehsalına başladı
Didye Droqa ticarətlə məşğul olmağa başlayıb. Fanat.az xəbər verir ki, "Qalatasaray"ın ulduzu vətəni Kot`D-İvuarda qızıl mədəninin səhmlərini alıb.
Səhmlərinin 5 faizinə sahib olduğu mədən dünən rəsmən fəaliyyətə başlayıb. Bu barədə açıqlama verən Kot`D-İvuar hökumətinin rəsmisi Bruno Nabaqne Kone ulduz futbolçunun işlərini "Didier Drogba Grup" adlı şirkətin aparacağını bildirib. Hökumət rəsmisi "Didier Drogba Grup"un fəaliyyətinin ölkədəki işsizliyin həllində önəmli rol oynayacağını deyib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər