Dorinel Muntyanu: "Belə rəqiblər təhlükəli olur"

Dorinel Muntyanu: "Belə rəqiblər təhlükəli olur"

Dorinel Muntyanu "Araz Naxçıvan"la oyunla (1:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Qəbələ"nin baş məşqçisi layiqli qələbə qazandıqlarını deyib: 

"Mən bilirdim ki, oyun çətin keçəcək. “Araz Naxçıvan” çətin rəqibdi. Düşündüyümüz oldu. “Araz Naxçıvan”ın itirəcəyi bir şey yoxdu. Belə rəqiblər təhlükəli olur. Bütün bunlara baxmayaraq, 3 xal qazana bildik. Layiqli qələbə qazandıq. Oyun həyəcanlı keçdi. Əlimizə düşən imkanların daha bir neçəsindən yararlansaydıq, oyunu sakit izləyə bilərdik”.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər