DİN azarkeşlərə müraciət etdi

DİN azarkeşlərə müraciət etdi
Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) bu gün Bakıda Azərbaycan və Rusiya milliləri arasında keçiriləcək futbol matçı ilə bağlı azarkeşlərə müraciət edib.
 
DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bu gün “Bakcell Arena”da keçiriləcək Azərbaycan-Rusiya matçında azarkeşlərə qayda-qanunlara ciddi riayət etməyi, qanunların aliliyinə hörmətlə yanaşmağı, kənardan ola biləcək hər hansı təxribat xarakterli çağırışlara və hərəkətlərə  uymamağı tövsiyə edib.
 
Zahidov həmçinin bildirib ki, oyunda Azərbaycan və Rusiya yığmalarının üzvlərinin və hər iki komandaların azarkeşlərinin təhlükəsizliyi yüksək səviyyədə qorunacaq, ictimai asayişin pozulmasına yönələn hər hansı insidentin qarşısı qətiyyətlə alınacaq.
 
Qeyd edək ki, ötən bazar Moskva şəhər sakini Yeqor Şerbakovun qətlə yetirilməsi Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda kütləvi iğtişaşlara səbəb olub. Yeqor Şerbakovun ölümündə Azərbaycan vətəndaşı Orxan Zeynalov şübhəli bilinir
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər