“Komanda şəklində uğurumuza sevinirəm. Amma İvan Dıçkonun məğlubiyyətinə üzülməmək olmur. Ona olan ümidlərimiz çox böyük idi”. Fanat.az xəbər verir ki, bu sözləri AİBA dərəcəli qazaxıstanlı hakim Rahat Nurpeisov deyib.
O, İvan Dıçkonun (+91 kq) Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidova yenilgisinə şərh verib: “İvanın finalda uduzmasını fiziki hazırlığının zəifliyi və güclü zərbələrinin olmaması ilə izah edərdim. Dıçko rinqin ətrafında necə qaçırdısa, indi də elədi. Birinci nokdaundan sonra hakim döyüşü dayandırmalı idi. Ancaq görüş Dıçkı nokauta göndərilənədək davam etdi. Bizim məşqçilər də rinqə dəsmal atmalı idilər. Belə uduzmaq daha yaxşıdı, nəinki nokautla. Çünki Məcidovun belə zərbəsindən sonra nokauta düşən idmançının özünə gəlməsi üçün minimum 2 il vaxt lazımdı. Bəli, bəli, 1 il yox, 2 il! Belə məğlubiyyətlərdən sonra əvvəlki səviyyəyə qayıtmaq çox çətin olur”.
Nurpeisov Məcidovun gücünə valeh olduğunu bildirib: “Bütün döyüşləri izlədim və deyə bilərəm ki, bizim yığmada “vuran əl” yoxdu. Bax, məsələn, Azərbaycanda Məhəmmədrəsul Məcidov çox güclü zərbələrə malikdi. O, bunu finalda da nümayiş etdirdi”.
Qeyd edək ki, Məcidov finalda ilk 2 hissədə məğlubiyyətdən sonra İvan Dıçkonu nokauta salaraq, 2 qat dünya çempionu tituluna yiyələnib. O, həmçinin Almatıda baş tutan həlledici görüşlərdə çıxışını nokautla başa vuran yeganə boksçu olub.
Fanat.az