Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan 3 qarşılaşma ilə startdan sonra yaranmış 36 günlük fasilə bitib.
Günün mərkəzi qarşılaşmasında "Rabitə" "Azəryol"u sınağa çəkib. "Rabitəçilər" 3:1 hesablı qələbə qazanaraq, ikinci turu da 3 xalla başa vurub.
"Telekom"la "Lokomotiv" qarşılaşıb və birincilər 3:2 hesablı qələbə qazanıb. "İqtisadçı" isə "Azərreyl"i eyni hesabla yenib.
Voleybol
Super Liqa
II tur
23 noyabr
Telekom - Lokomotiv 3:2 (21:25; 25:11; 19:25; 26:24; 15:13)
Azərreyl - İqtisadçı 2:3 (24:26; 25:21; 25:23, 20:25, 14:16)
Rabitə - Azəryol 3:1 (29:27, 24:26, 25:18, 25:21)
| Rabitə | 2 | 2 | 0 | 6-1 | 178-149 | 6 |
| İqtisadçı | 2 | 2 | 0 | 6-2 | 186-164 | 5 |
| Azəryol | 2 | 1 | 1 | 4-5 | 201-211 | 2 |
| Telekom | 2 | 1 | 1 | 3-5 | 163-173 | 2 |
| Azərreyl | 2 | 0 | 2 | 4-6 | 216-220 | 2 |
| Lokomotiv | 2 | 0 | 2 | 2-6 | 154-181 | 1 |
Fanat.az