Derbidə stadion yandırıldı

Derbidə stadion yandırıldı
Serbiyada baş tutan derbi oyununda dava-dalaş düşüb. Fanat.az xəbər verir ki, paytaxt Belqradın iki komandası - "Srvena Zvezda" və "Partizan" arasında matçda azarkeşlər aranı qarışdırıb.
İki əzəli rəqib arasında tarixin 145-ci derbisinə 40 min azarkeş gəlib. "Partizan" azarkeşləri matçın gedişində fişəng yandırıb və nəticədə stadionun oturacaqları alışıb. Olaylara yanğın söndürənlər müdaxilə edib. Nəticədə qarşılaşma 10 dəqiqə dayanıb.
Qeyd edək ki, "Srvena Zvezda" 18-ci dəqiqədə Milan Obradoviçin vurduğu qolla qələbəni bayram edib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər